“Dəyişən dünyamız ” çap olunub

Filologiya elmlər doktoru, fəlsəfə professoru, yazıçı Gülrux Əlibəylinin kitabı işıq üzü görüb. “Dəyişən dünyamız” adlana kitabı Gülrux xanım Əlibəyli Hacı Zeynalabdin Tağıyevin açdığı qız məktəbinin məzunu olan anası Məsmə xanımın xatirəsinə həsr edib. Toplu dörd hissədən ibarətdir: “Düşünən dünya”, “”Çırpınan dünyamız”, “Dəyişən dünyamız”, “Dağılan dünyamız”. Kitabda müasir insanın psixologiyası barədə esselər, həyatımızda pulun rolu, estetika, poeziyanın və rəqsin insan həyatında yeri, anlamağın sevinci, dinləmək mədəniyyəti, bizim dözümlü qadınlarımız haqqında, yaltaqlıq, ikiüzlülük, xudbinlik barədə fikirlər öz əksini tapıb. Qeyd edək ki, kitabın bədii tərtibatçısı rəssam Ramiz Quliyevdir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO