Dünya Qəzetçilər Federasiyasının üzvü Bakıya gəlir

Dünya Qəzetçilər Federasiyası təşəbbüs qrupunun idarə heyətinin üzvü Azərbaycana gəlir. Bununla bağlı Modern.az-a Dünya Qəzetçilər Federasiyası təşəbbüs qrupunun sədri Menderes Dəmir məlumat verib. O, federasiyanın təşəbbüs qrupu idarə heyətinin üzvi İsmayıl Qəhrəmanın Bakıya gələcəyini qeyd edib. Həmçinin bildirilib ki, İsmayıl Qəhrəmanın Azərbaycana səfəri mayın 25-26-da gözlənilir.
Dünya Qəzetçilər Federasiyası təşəbbüs qrupunun idarə heyətinin üzvü Bakıda Parlament Jurnalistləri Birliyinin rəhbərliyilə görüşəcək, media sahəsində ortaq əməkdaşlıq məsələlərinin müzakirəsinə qatılacaq.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO