Dördüncü hakimiyyətin metamorfozaları KİV dövlətin informasiya mənbəli tərkib hissəsinə çevrilmişdir

Mən o vaxt jurnalistlərin hüquqlarının müdafiəsi ilə məşğul olmurdum və ona görə də, problemə daha geniş, bütöv mədəniyyət dairəsində baxırdım.
Bu gün mənə elə gəlir ki, mənim təsadüfi əsas səhvim onda idi ki, «mədəniyyət» anlayışına mən adət üzrə jurnalistikanı da daxil edirdim. İndi mən başqa fikirdəyəm, lakin diaqnoz bundan dəyişmir. Vəziyyət bizim özümüzdən fərqli olaraq, əsaslı surətdə və gözə çarpacaq qədər dəyişmişdir, bu iddialar bizə hələ də aiddir.
1991-ci ilə qədər mənim tam məşğul olduğum jurnalistika son dərəcə cürətli, bu günkü nöqteyi-nəzərdən isə yalançı cürətli olmuşdur. Lakin bu cürət keçmişə aid idi, real həyat və siyasətə münasibətində mətbuat, məntiqlilik deyil, daha çox güzəştsiz anlayışına riayət edirdi. Jurnalistlər, Rusiyada təzəcə yaranmış «dördüncü hakimiyyət» adını özlərinə tətbiq edirdilər, lakin dördüncü hakimiyyətin mətbuatın hakimiyyəti deyil, ictimai fikrin hakimiyyəti olduğunu nəzərə almırdılar.
1990-cı ildən başlamış, mətbuat üçün mətbuat haqqında qanun, mükəmməl, tarazlaşdırılmış, hüquqi cəhətdən o dövr üçün qüsursuz qanun yarandı. Lakin uzun müddət bu qanuna, mətbuata hüquq verən qanun kimi baxır və onun vəzifələrdən söhbət edən hissələrinə məhəl qoymurdular.
1993-cü ilin oktyabrına yaxın, mətbuat ən mühüm «mədəniyyət ustaları, siz kiminləsiz – mürtəce Ali Sovetlə və ya mətbuata loyal münasibəti olan demokratik prezidentlə?» sualı ilə üzləşdi və elə bu vaxt özünün ümumiliyini bir yük kimi qəbul edərək, öz məqsəd və vəzifələrini dərk etməyin siyasi çəkişmələrdə qələbə çalmaqdan daha əhəmiyyətli olmasını diqqətdən qaçıraraq bölündü.
Mənim rəhbərlik etdiyim Aşkarlığın Müdafiəsi Fondu 1993-cü ilin oktyabrının axırında ilk dəfə özünün tənhalığını hiss etdi: kommunist istiqamətli qəzetlərin bir hissəsi bir vaxtda bağlanmışdı və müəlliflərin demokratik mətbuatda söz demək imkanı yox idi. Jurnalistikanın siyasi tərkib hissəsi daha üstün idi. Əgər təsəvvür etsək ki, cəmiyyət bir gəmidir, hakimiyyət və dövlət kapitan otağının növbəli komandası, mətbuat isə gəminin zamanın fırtına və tufanlarında möhkəmliyini təmin edən əhəmiyyətli qüvvələrdən biridir, onda 1993-cü il göstərdi ki, özünün möhkəmliyi qorumaq vəzifəsini, təmamilə unudaraq, mətbuat, yalnız kapitan otağında olmaq şərti ilə hər şeyə razıdır. Bütün bunlar ona gətirib çıxardı ki, 1996-cı ildə ya hadisələrin təbii axarı ilə razılaşmaq, ya da cəmiyyətdə yaranmış seçki üstünlüyü tarazlığını zorla dəyişmək və birgə səylərlə cəmiyyəti Yelsinə səs verməyə məcbur etmək məqamı gəldi. Alternativlər müzakirə edilmirdi, mətbuat, ya kommunistlər, ya da Yelsin məsələsini qaldırdı və Yelsinin seçilməsi üçün əlindən gələni etdi.
Bununla, müstəqil demoktratik mətbuatın, az-çox nüfuzlu ictimai qüvvə kimi mövcudluğu mərhələsini bitmiş hesab etmək olar.
Hakimiyyət mətbuatı sevmir və sevməməlidir, eləcə də mətbuat da hakimiyyəti sevməməlidir. Lakin mətbuatın hakimiyyətdən maddi asılılığı şəraitində onların arasında normal münasibət yaratmaq çətindir, bəlkə də mümkün deyil. İlk dəfə bunu, tirajı 3-10 min olan, Rusiya Federasiyasının informasiya məkanının əsaslarından birini təşkil edən rayon qəzetləri hiss etdilər. Redaksiya sənədlərində bir sıra dəyişiklər edildi. O yerə gəldi ki, rayon qəzetlərinin jurnalist kollektivləri mövqelərini dəyişərək iki şeyi istəyirdilər: rayon qəzetlərinin maliyyələşdirilməsi rayon rəhbərliyindən yan keçərək, yuxarı instansiyalarla qəzetlər arasında olsun və baş redaktorun seçki yolu ilə seçilməsinin saxlanılması.
2000- ci ildən başlamış ölkədə hakimiyyət şaquli xətti yaranmağa başladı. Federasiya Şurası və Dövlət Duması müstəqilliklərini itirdikləri və dəqiq idarə olunmağa başladıqları kimi, informasiya məkanının da hakimiyyətə uyğun dəyişikliklərə, təmamilə hazır olduğu aydınlaşdı. Hətta, sözə baxanları sözə baxmayanlardan ayırmaq üçün Jurnalistlər İttifaqının alternativi olan, hakimiyyətin retranslyator rolunu oynayan Media İttifaqı, Sənaye Komitəsi və başqa bürokratik təşkilatlar yaradıldı, KİV əməkdaşlarına hakimiyyətlə əməkdaşlığın, onunla qarşıdurmadan daha yaxşı olduğunu göstərdikdən sonra onlar, öz əhəmiyyətini itirdilər və artıq bu gün acınacaqlı həyat sürürlər.
Hansı nəticəyə gəlmək olar? Üç federal kanalda – Birinci, Rusiya və NTV – hər şey dövlət tərəfindən nəzarət olunur və artıq hər həftə bu kanalların rəhbərlərinin prezident administrasiyasının nümayəndələri ilə görüşləri adət şəklini almışdır. Moskva hökuməti tərəfindən maliyyələşdirilən və nəzarət olunan TVÜ kanalı vaxtaşırı ümumdövlət siyasətini tənqid edir, lakin elə ümumi dövlət siyasəti yolunu gedən Moskva hakimiyyətinə həssas loyal münasibət nümayiş etdirir.
Bundan başqa, kifayət qədər nüfuzlu, lakin reytinqi çox yüksək olmayan REN-TV kanalı da var ki, müəyyən dərəcədə müstəqilliyini saxlamış, lakin mövcud vəziyyət üzündən başqa kanallara diqqət yetirərək, çox irəli getməməyə məcburdur.
Canlı efir, demək olar ki, bütün kanallarda ləğv olunmuşdur və cəmiyyətdə bu və ya digər məsələlərə dair mövcud olan geniş əhatəli mövqelərin toqquşmasını nəzərdə tutan bütün verilişlər, adına nəzakətlə montaj deyilən senzuradan keçir.
Federal mətbu nəşrlər hakimiyyətin mövqeyi ilə az-çox üst-üstə düşməyən ayrı-ayrı fikirlər səsləndirirlər, amma bunu elə nəzakət və qorxa-qorxa edirlər ki, azca da olsa rezonans müşahidə olunmur.
Mətbuatın müstəqilliyi Balzakın şaqren dərisi kimi qırışmışdır və özündə bir federal «Novaya qazeta»nı, «Exo Moskvı» radiostansiyasını və bir neçə müstəqil regional nəşri təmsil edir; bu qəzetlərin hamısının ümumi tirajı 500 min nüsxəyə yaxındır, bu da, sözsüz ki, Rusiyanın 150 milyonluq əhalisi üçün dənizdə bir damladır.
Ümidləri, az da olsa, şəxsi mətbəələrinə malik olan, yavaş-yavaş və həmişə öz regional siyasətlərini həyata keçirən regional nəşriyyat komplekslərinə bağlamaq olar.
Rusiya Federasiyasının hər yerində hakimiyyət nümayəndələrinin mətbuata qarşı irəli sürdükləri iddiaların azalmayan sayı onu göstərir ki, müxtəlif səviyyəli, lakin nüfuzlu şaquli xəttlə düzülmüş hakimiyyətin simasında dövlət, artıq redaksiya kollektivlərinə deyil, ümumi tendensiyalarla razı olmayan və hələ də tribunadan məhrum edilməyən ayrı-ayrı jurnalistlərə təzyiqinə davam edir.
Aşkarlığın Müdafiəsi Fondunun tədqiqatları göstərdi ki, qəzetlərdə dərc edilən və televiziya və radio kanallarında səsləndirilən mətnlərin 70%-nin əsas mövzusu hakimiyyət və onun nümayəndələridir, cəmiyyət isə, öz mövqeləri və vətəndaş təşəbbüsləri ilə jurnalist düşüncəsinin kənarında qalmışdır və belə şəraitdə ölkə həyatının əsas məsələlərinin həllində heç bir mühüm rol oynaya bilməz.
Bütün bunlardan nəticə çıxarmaq, bəlkə də tezdir, lakin bu gün, artıq aydındır ki, KİV-də söz azadlığının mövcud səviyyəsi zamanın tələblərinə cavab vermir, hətta hakimiyyət tərəfindən müəyyən edilənlərə də.

Aleksey Simonov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO