Dörd türkiyəli jurnalist Azərbaycana gələcək

Türkiyə Jurnalistlər Birliyinin sədr müavini Mehmet Ali Dimin rəhbərlik etdiyi dörd nəfərdən ibarət nümayəndə heyəti yanvarın 30-da Azərbaycana gələcək. Bu barədə Modern.az saytına Parlament Jurnalistlər Birliyinin (PJB) sədri Elşad Eyvazlı məlumat verib. Onun sözlərinə görə, səfər PJB-nin təşkilatçılığı ilə baş tutacaq: “Səfərdə məqsəd həm təşkilatımızın beynəlxalq əlaqələrini genişləndirmək, həm də xarici ölkələrin jurnalistləri vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqdır. Mehmet Ali Dim və Alaniya Qəzetəçilər Cəmiyyətinin köməyi ilə erməni vandalizmi ilə bağlı bukletlər çap edilib və Türkiyədə xarici turistlərə paylamışıq. Hesab edirik ki, bu məsələ ilə bağlı digər xarici ölkələrdəki jurnalistlərimizin imkanından istifadə edək. Bu mənada türkiyəli həmkarlarımızla böyük bir layihə gerçəkləşdirmək niyyətindəyik. Onu deyə bilərəm ki, türkiyəli jurnalstlərin Qubada kütləvi məzarlığa da baş çəkəcəkləri gözlənilir”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO