Dörd jurnalistə yardım ayrılıb


Söz Azadlığı və Jurnalistlərin Müdafiəsinə Yardım Fondunun İdarə Heyəti oktyabr və noyabr aylarında daxil olan 10 müraciətə baxaraq onlardan 4-nü təmin edib. Qalan müraciətlərdən 4-ü fondun əsasnaməsinə uyğun gəlmədiyindən, 2-i isə lazımi sənədləri qaydasında olmadığından təmin edilməyib.

İdarə Heyətinin qərarına əsasən, “Cənub xəbərləri” qəzetinin əməkdaşı Pərviz Əzimova 250, “Fanat.az” saytının təsisçisi Zahir Rəhimova 250, saytın yazarı Natiq Muxtarova 250, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sabiq əməkdaşı Əjdər Nağıyevə isə 300 manat məbləğində maddi yardım ayrılıb.

Fondun təsisçiləri “Yeni Nəsil” Jurnalistlər Birliyi, Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu və Demokratik Jurnalistlər Liqasıdır. Layihə Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyi ilə gerçəkləşir.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO