Dövlət Sığorta Nəzarəti Xidməti şikayətlərə daha tez baxacaq

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti daxil olan müraciətləri daha tez, keyfiyyətli və effektiv şəkildə nəzərdən keçirmək məqsədilə yeni proqram təminatının tətbiqinə başlayıb. Trend-in məlumatına əsasən, bu barədə xidmətin rəsmi saytında xəbər verilib.

Məlumatda deyilir ki, yeni proqram təminatı sayəsində Dövlət Sığorta Nəzarəti Xidmətinə elektron şəkildə daxil olan şikayətlər gərəkli məlumat və sənədlərlə birgə avtomatik olaraq müvafiq sığorta şirkətinin elektron poçtuna göndəriləcək.

Yeni imkandan istifadə etmək üçün istifadəçi Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında “Məktub yazmaq” bölməsinə daxil olub təklif olunan əməliyyatları sıra ilə yerinə yetirməlidir. Ərizəçi sığorta şirkətindən şikayətçidirsə, “Şikayət” sətrini, daha sonra sığorta şirkətini seçməli və şikayəti müvafiq pəncərədə yerləşdirməlidir. Şikayət göndərildikdən sonra istifadəçinin elektron poçtuna şikayətin qəbul edilməsi ilə bağlı məlumat gələcək.

Daha sonra ərizəçiyə şikayətin nəticələri barədə rəsmi məktub göndəriləcək. Bu məktubun surəti istifadəçinin elektron poçtuna da göndəriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO