“Doktrina ” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin sədri Qazaxıstana gedir

Dekabrın 8-9-da Qazaxıstanın Almatı şəhərində ATƏT-in “Adi silahlara dair ən yaxşı nailiyyyətlər” adlı kitabının təqdimat mərasimi keçiriləcək. Bu barədə həmin tədbirdə iştirak edəcək Azərbaycan nümayəndə heyətinə daxil olan “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Modern.az-a məlumat verib.
Onun sözlərinə görə, iki günlük tədbirdə ATƏT ölkələrinin müdafiə və xarici işlər nazirlliklərinin nümayəndələri, qeyri-hökumət təşkilatlarının nümayəndələri, KİV əməkdaşları iştirak edəcək.
Tədbirin ilkin planına görə, Qazaxıstan Müdafiə Nazirliyinin mövzu barəsində təqdimatı gözlənilir. Tədbi boyunca ATƏT, Almaniya Bundesferi, Belarus və Rusiya Müdafiə Nazirliklərinin, ABŞ Pentaqonunun təmsilçilərinin çıxışları gözlənilir. Azərbaycan nümayəndə heyəti bu gün Almatıya yola düşür

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO