“Dünyanın itirdiyi Böyük İnsan “

Noyabrın 10-da Xəzər Universitetində millət vəkili Qənirə Paşayevanın “Dünyanın itirdiyi Böyük İnsan” kitabının təqdimat mərasimi reallaşıb. Noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Paşa Atatürkün anım günüdür.
Türkiyə, Kipr səfirliklərinin nümayəndələrinin, ziyalıların iştirak etdiyi mərasim Atatürkün həyat və yaradıcılığını əks etdirən qısametrajlı sənədli filmin nümayişi ilə başlayıb. Mərasimdə çıxış edən kitabın müəllifi Qənirə Paşayeva sayca 6-cı nəşri barədə məlumat verib. Q. Paşayeva onu da qeyd edib ki, kitab məktəblərə, universitetlərə, kitabxanalara və hərbi hissələrə pulsuz paylanacaq. Tədbir xalq şairi Zəlimxan Yaqub, Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin baş katibi Yasin Goral və digər iştirakçıların çıxışları ilə davam edib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO