Dəlilərin qeydləri Rusiya KİV-ləri ideoloji mübarizədə əqli çatışmazlığı olan insanlardan istifadə edirlər


Belə zarafatdan sonra Xodorkovskinin qaçışı haqda ciddi yazmaq üçün tutarlı əsaslar lazım idi. Politkovskayanın məqaləsində isə onlar yoxdur. Hətta jurnalist özü «Novaya qazeta»nın müsahibinin etirafını «tam cəfəngiyyat» və «ayrıca götürülmüş bir vətəndaşın dəliliyi» hesab edir.
Ədalət xatirinə qeyd etmək lazımdır ki, yoxlanılmamış mənbələrə təkcə Politkovskaya istinad etmir. «MK» və «Komsomolskaya pravda» kimi «sarı nəşrlər» üçün şübhəli məzmunlu müsahibələr nadir hadisələr deyil. KP-nin sabiq şef-redaktoru Vladimir Mamontovun «İzvestiya»ya gəlməsi ilə belə təcrübə «İzvestiya»da da tətbiq edilməyə başladı – martın 3-də qəzet yazdı ki, NTV-nin reportyoru İlya Ziminin qətlinin təsvir olunduğu məktub almış və guya prokurorluq ona ciddi yanaşmışdır. Sonralar «Qazeta.Ru»nun hüquq-mühafizə orqanlarındakı mənbələri, bir zaman ölkənin əsas nəşrinin jurnalistlərinin səhvini «qismən» düzəltdilər.
Dövlətin nəzarətində olan dövlət telekanalları da şübhəli müsahiblərdən yayınmırlar. Martın ortalarında «Rossiya» telekanalı «Xüsusi müxbir» proqramında Ukrayna ərazisində MKİ-nin həbsxanaları haqqında süjet göstərmişdi. Jurnalist Arkadi Mamontov anonim məktuba və təqdim olunmayan hərbçilərin dolaşıq ifadələrinə əsaslanaraq, onların mövcud olması nəticəsinə gəlmişdi.
Şübhəli materialların peyda olmasını KİV-lər adətən bu materialların vacibliyi ilə izah edirlər. Elə Politkovskaya yazır ki, Xodorkovskinin qaçışı haqqında məlumatın doğruluğuna ciddi şübhəsi var, lakin buna baxmayaraq, onu dərc edir. Jurnalist bunu, özü dediyi kimi, hər ehtimala qarşı edir ki, əgər doğurdan da güc aksiyası hazırlanırsa, onun vicdanı təmiz olsun. «Qəzet, kiminsə həyatının təhlükə altında olmasını yazmalıdırmı? – deyə, Politkovskaya soruşur və dərhal cavab verir: – Şübhəsiz».
Həqiqətən də, nə haqla nüfuzlu KİV-lər şəhər dəlilərindən, xüsusilə də apokalipsissayağı bəyanatlarla çıxış edən dəlilərdən qaçırlar? Axı dünyanın sonunun tezliklə çatacağı haqqında qabaqcadan verilmiş xəbərdə də bir azca da həqiqət var. Yəqin ki, nahaq yerə «Lenta.Ru» hələ 2002-ci ildə oxucuların birindən aldığı məktubu dərc etmədi. Orada deyilirdi ki, prezident Putin general Qromov və mayor Ruçina ilə birlikdə Əfqanıstanda körpə uşaqları yeyirmiş və eləcə də Melitopolda Putin və Kuçma bişmiş Adam əti yeyirmişlər. Amma, yeri gəlmişkən, ciddi ittihamlardır.

Andrey Lomkin

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO