“Discovery ” kanalı Bakının arxitekturası haqqında veriliş hazırlayacaq

"Discovery" kanalı Bakının arxitekturası haqqında veriliş hazırlayacaqDünya üzrə 1,5 milyarddan çox tamaşaçı auditoriyası olan “Discovery Science” kanalı Bakının möhtəşəm memarlıq layihələri barədə süjetlər hazırlayacaq. Kanalın komandası müasir dövrün ən cəsarətli mühəndis layihələrinə həsr olunmuş “Build It Bigger/ Extreme Engineering” layihəsi çərçivəsində bu unikal tikililər barədə verilişlər hazırlamağı planlaşdırır. “Build It Bigger/ Extreme Engineering” dünya miqyaslı möhtəşəm binaların necə inşa olunması, dünyanın memarlıq inciləri, insan əllərinin qüdrəti ilə yaradılmış bu tikililərin dahiyanəliyi barədə proqramdır. Azərbaycana gələn “Discovery” kanalının komandası iki həftə Bakıda qalmaq niyyətindədir. Çəkiliş qrupu bu müddət ərzində təkcə xarici görünüşü ilə deyil, həm də funksionallığı baxımından nadir olan Heydər Əliyev Mərkəzi, Flame Tower kompleksi və Dövlət Bayrağı Meydanı barədə materiallar hazırlamağı, şəhərimizin digər görməli yerlərini çəkməyi planlaşdırır. Yaxın vaxtlarda müasir Bakının rəmzinə çevriləcək bu nadir tikililər barədə veriliş gələn ilin yazında nümayiş etdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO