Diffamasiya haqqında ” qanun layihəsi hazırlanıb – Əflatun Amaşov

“Diffamasiya haqqında” qanun layihəsi hazırlanıb.

SalamNews xəbər verir ki, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov məlumat verib.

O bildirib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı var: “Baş verən olayların ölkə ictimayyətinə çatdırılırması əsas məsələlərdən biridir. Azərbaycanda KİV-lərlə bağlı qanunvericilik mövcuddur. Azərbaycanda media ilə bağlı problemlər var, bu, iqtisadi problemlərdir. Əgər Azərbaycan mediasını iqtisadi baxımdan formalaşdıra bilsək, demək olar, problemləri aradan qaldıra bilərik. Bu istiqamətdə Azərbaycanda reklam bazarının formalaşması vacib məsələlərdən biridir.”

Onun sözlərinə görə, KİV-lərin seçki komissiyalarının tədbirlərində iştirak etmə, seçki prosesi haqqında məlumat vermə hüququ var. Buna görə də Monitorinq Qrupu üzvlərinin sayı artırılacaq, qrup gücləndirilmış iş rejiminə keçəcək. Seçki gunu Mətbuat Şurasının “qaynar xətti” fəaliyyət göstərəcək.

– See more at: http://salamnews.org/az/news/read/93766/diffamasiya-haqqinda-qanun-layihesi-hazirlanib–eflatun-amashov/#sthash.xjNEQml6.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO