Deputat “Yeni Müsavat”ı məhkəməyə verir

Millət vəkili Gülhüseyn Əhmədov “Yeni Müsavat” qəzetini məhkəməyə verəcək. Bu barədə saytımıza deputatın özü məlumat verib. O, qeyd edib ki, bu qəzet parlament seçkilərindən sonra onun həbs ediləcəyini yazıb: “Buna səbəb kimi guya mənim adam girov götürtməm göstərilib”.

Deputat saytımıza bildirib ki, barəsində yazılanlar həqiqətə uyğun deyil: “Məni tanıyanlar bilir ki, belə şeylərdən uzağam. “Yeni Müsavat” qəzetində dərc edilən yazılardan xəbərim var.

Onu deyə bilərəm ki, artıq vəkil tutmuşam. Bu qəzeti məhkəməyə verəcəyəm. Sonra qədər gedəcəyəm. Bunu sifariş verənləri və yazanları ifşa edəcəm”.

Modern.az saytı məsələ ilə əlaqədar “Yeni Müsavat” qəzetinin də mövqeyini öyrənib. Baş redaktorun I müavini AzərAyxan bildirib ki, məhkəməyə vermək hər bir vətəndaşın konstitutsion hüququdur. “Amma biz də haqlı olduğumuzu məhkəmədə sübut etməyə hazırıq və sübut etməyə çalışacağıq”.

Mail Ağaxanov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO