Deputat Yazıçılar Birliyinə üzv qəbul olundu

Bu gün Azərbaycan Dillər Universitetində universitetin mətbuat xidmətinin yaranmasının iki illiyinə həsr olunmuş tədbir keçirilib. Modern.az-ın məlumatına görə, tədbirdə bu ali təhsil ocağının rektoru, deputat Səməd Seyidovun Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunduğu elan edilib.
Qeyd edək ki, mərasimdə S.Seyidova Yazıçılar Birliyinin üzvlük vəsiqəsini qurumun katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təqdim edib.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO