Deputat koreyalı jurnalistlərlə görüşüb

Jie Sonh Arirang, Joong Shik Kim, Huanq Sunghee, Hong Myungho Cənubi Koreyalı jurnalistlərdən ibarət nümayəndə heyətini Azərbaycanda salamlamaqdan məmnunluğunu ifadə edən millət vəkili Qənirə Paşayeva Azərbaycan ilə Cənubi Koreya arasında əlaqələrin, əməkdaşlığın bütün istiqamətlərdə inkişaf etməsinin sevindirici hal olduğunu deyib. Xüsusilə hər iki dövlərin qanunvericlik orqanları arasında əlaqələrin inkişafına önəm verildiyini, bu əlaqələrin sürətli inkişaf etməsinin müsbət, sevindirici hal olduğunu vurğulayan millət vəkili Qənirə Paşayeva hər iki dövlətin media, mətbuat orqanları arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini də qeyd edib. Cənubi Koreya jurnalistləri ilə fikir mübadiləsi zamanı millət vəkili Qənirə Paşayeva onlara Azərbaycanla, Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi ətraflı məlumatlar verib.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanda qadın haqları, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi, onların qanunvericilikdə təmsilçiyi ilə bağlı məlumat verib və bu istiqamətdə də fikir mübadiləsi aparılıb. Millət vəkili Qənirə Paşayeva bu istiqamətlərdə parlamentin gördüyü işlər, qəbul olunan qanunlar, əldə olunan nəticələr və həllini gözləyən problemlərlə bağlı məlumatlar verib. O bildirib ki, qadınların ölkənin ictimai-siyasi, iqtisadi-sosial həyatında iştirak səviyyəsi getdikcə daha da artır və bu rolun daha da artması ölkənin siyasətində prioritetlərdən biridir.

Azərbaycana ilk dəfə gəldiklərini, burda olmaqdan məmnun olduqlarını bildiriən Cənubi Koreya jurnalistlərindən ibarət nümayəndə heyətinin üzvləri Azərbaycan ilə Cənubi Koreya arasında bütün istiqamətlərdə əməkdaşlığın sürətləndirilməsinin məmnuniyyətverici olduğunu qeyd ediblər. Cənubi Koreyalı jurnalistlər Azərbaycanla bağlı Cənubi Koreya ictimaiyyətinə daha çox məlumatların ötürülməsi, ölkələrimizin, xalqlarımızın bir-birini daha yaxından tanımasında mətbuat və medianın rolunun genişləndirilməsinin önəmini vurğulayıblar.

Görüş zamanı bir sıra digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO