Deputat jurnalisti Maştağaya dəvət etdi

“Bizim Maştağadakı ofisimiz həftənin bütün günləri işləyir. Həftənin 6 günü köməkçim seçiciləri qəbul edir, bazar günü isə özüm seçicilərlə görüşürəm. Demək olar ki, bu, bizdə bir ənənyə çevrilib”.

Bu sözləri Modern.az saytına 28 saylı Sabunçu üçüncü seçki dairəsinin deputatı Eldar Quliyev deyib. O, bildirib ki, görüşlər açıq keçirilir:
“Maraqlananlar həftənin istənilən günü Maştağadakı ofisimizə gələ bilərlər. Çox təəssüf ki, bəzi qəzetlərdə bu məsələ ilə bağlı yanlış məlumatlar dərc edilir. “Azadlıq” qəzeti Maştağaya heç bir aidiyyatı olmayan, anası erməni olan bir şəxsə istinadən bizim bu işimizə kölgə salıb. Odur ki, mən bu yazını yazanı Maştağaya dəvət edirən. Həftənin istənilən günü səhər saat ondan axşam saat altıya qədər aralığında ofisimizə gəlsin, həqiqəti gözləri ilə görsün. Görsün ki, biz seçililəri necə qəbul edirik, seçicilərlə necə işləyirik. Sonra gedib gördüklərini yazsın. ”.

Modern.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO