Deputat Fazil Mustafa İnterAz-da “7–ci Gün”-ün qonağı olacaq

İnterAz televiziyasının efirində yayımlanan “7–ci Gün” Analitik İnformasiya proqramının bu həftəki qonağı millət vəkili Fazil Mustafa olacaq.

SalamNews xəbər verir ki, verilişdə regionda ilk dəfə keçirilən Beynəlxalq müdafiə sənayesi sərgisindən, son zamanlar erməni silahlı qüvvələrinin atəşkəsi mütəmadi pozma səbəblərindən danışılacaq. Bundan əlavə milli məclisin payız sessiyasında müzakirə olunacaq məsələlərə toxunulacaq, gənc ailələrin ipoteka problemi, magistrlara hərbi xidmətdən möhlət hüququnun verilməsindən bəhs olunacaq.Bundan əlavə proqramda İranın ölkəmizdəki səfiri Möhsün Pakayinin İnterAz-a özəl müsahibəsi, Ukraynada son vəziyyət barədə reportaj nümayiş olunacaq.

Veriliş 14 sentyabr, saat 21:00-da efirə gedəcək.

– See more at: http://salamnews.org/az/news/read/142485#sthash.HXHN3RtE.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO