“Demokrat” qəzeti “Yeni Müsavat”ın yerinə köçdü

Azərbaycanda çap olunan “Demokrat” qəzeti Müsavat Partiyasının qərargahına köçüb.

Bu barədə Lent.az-a partiyadan bildirilib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Lent.az-a açıqlamasında məlumatı təsdiqləyib. Onun sözlərinə görə, “Azərbaycan” Nəşriyyatında yer almaq istəyən, lakin hələ ki, buna nail olmayan qəzet heyəti müvəqqəti olaraq partiyanın qərargahına köçüb.

Hazırda “Demokrat” qəzeti Müsavat Partiyasına məxsus qərargahın birinci mərtəbəsində – “Yeni Müsavat” qəzetinin keçmiş redaksiyasının otaqlarından birinə köçüb.

Qəzetin redaksiyası buna qədər Yasamal rayonu ərazisində, “Müxalifət” qəzetinin yerləşdiyi binada idi.

“Demokrat” qəzeti bu ilin fevral ayından həftədə bir dəfə çıxır. Qəzetin dövriliyinin artırılması nəzərdə tutulub.

Qəzetin təsisçisi Müsavat Partiyasının Ucar rayon təşkilatının sədri Elşən Qəni, baş redaktoru isə “Yeni Müsavat” qəzetində iki il yarım redaktor və bir il eyni adlı jurnalın bas redaktoru vəzifəsində çalışmış Mustafa Hacıbəylidir. O, Müsavat Partiyası Məclisinin üzvüdür.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO