Day.Az portalının 7 yaşı tamam olur

Bu gün o, Azərbaycanın internet məkanında ən çox ziyarətçisi olan portaldır. Azərbaycanı və ölkəmiz haqqında həqiqətləri düzgün və operativ şəkildə dünyaya təqdim edir. Dünyanın rusdilli məkanında ən populyar brendlərdən olan Day.Az, oxucuların gündəlik informasiya təminatçısı olmaqla yanaşı, həm də Ermənistanla və dünyadakı erməni təbliğat maşını ilə informasiya müharibəsi aparan Azərbaycan media qurumudur.

Bir müddət əvvəl Day.Az yeni inkişaf konsepsiyasını qəbul edib və öz auditoriyasına bir sıra yeni xidmətlər təqdim edib. Bununla da Day.Az-ın inkişafında yeni mərhələ başlanır.
Yeni versiyada oxuculara xəbərlərlə yanaşı, 30-dan artıq müxtəlif xidmət təqdim olunur. Bunlardan biri Day.Az-ın elektron poçt xidmətidir. Artıq hər bir istifadəçi bu saytda özünə elektron poçt ünvanı yarada bilir (…@day.az).

Daha bir yenilik saytın Yandex və Google ilə birlikdə işləyən axtarış sistemidir. İstifadəçi onu maraqlandıran məlumatları İnternet şəbəkəsində Day.Az-ı tərk etmədən tapmaq imkanı qazanıb.

İstifadəçilər «Moy Day» layihəsi vasitəsilə isə bir-biriləri ilə əlaqə qura, şəkillər yükləyə, onları dostları ilə bölüşə bilirlər. Bunun üçün serverdə qeydiyyatdan keçmək kifayətdir. Qeydiyyatdan keçməklə dünyanın istənilən yerində yaşayan istənilən şəxs burada öz anketini yarada, sinif yoldaşları, doğmaları və yaxınları ilə söhbətləşə bilir.

Xatırladaq ki, Day.Az portalı “Day.Az” Media Şirkətinə məxsus saytlardan biridir. Şirkətin Azərbaycan və ingilis dillərində də portalları fəaliyyət göstərir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO