Daha bir jurnalist vaxtsız vəfat edib

Tanınmış jurnalist Zöhrab Əmirxanlıya ağır itki üz verib. Modern.az saytının məlumatına görə, Zöhrab bəyin həyat yoldaşı Mehriban Alməmmədova vaxtsız vəfat edib. Mehriban xanım da qələm sahibi – jurnalist idi.
Ürək-damar xəstəliyindən əziyyət çəkən Mehriban xanım Türkiyədə müalicədəymiş.
Qeyd edək ki, mediada Mehriban Əbülfətqızı imzası ilə tanınan mərhum vaxtilə bir sıra qəzetlərdə çalışıb, “7 gün”də məşhur “Siyasetçilər siyasətdənkənar vaxtlarında” rubrikasının aparıcısı olub. Bir müddət Jurnalistikanın Etik Hüdudlarl adlı QHT-nin rəhbəri işləyib.
Son vaxtlar mətbuatdan getmişdi. Üç uşaq (iki qız, bir oğlan) anası idi.

Allah rəhmət eləsin!

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO