İctimai Televiziyaya “İlin tərəfsiz telekanalı ” mükafatı verilib

İctimai Televiziyaya “İlin tərəfsiz telekanalı" mükafatı verilibModern.az saytı xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti “İlin tərəfsiz telekanalı” nominasiyasında mükafata layiq görülüb. Mükafatı Parlament Jurnalistlər Birliyi İctimai Televiziyanın 2009-cu ildəki fəaliyyətinə görə təqdim edib. Şirkətin Baş direktoru İsmayıl Ömərov kanalın fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkür edib. Baş direktor İctimai Teleradionun daim milli-mənəvi köklərə sadiq qaldığını, kanalın əməkdaşlarının yüksək peşəkarlığı və tərəfsizliyi ilə fərqləndiyini bildirib. Mükafatın təqdimetmə mərasimində İctimai Teleradionun verilişlərində daim azərbaycançılıq ideyasının əsas götürüldüyü, hadisələrə həmişə tərəfsiz yanaşıldığı qeyd olunub.
Parlament Jurnalislət Birliyinin sədri Elşad Eyvazlı bildirib ki, İctimai Televiziya daim milli mentalitetin keşiyində durub və milli-mənəvi dəyərlərin təbliğində əhəmiyyətli rol oynayıb: “Əsası odur ki, bu telekanal insanlara dədə-babalarının kim oldiğunu çatdırdı. Milli dəyərlərə malik olan Azərbaycan ailəsi bu telekanala rahat şəkildə baxa bilir. Bundan başqa, İctimai Televiziya cəmiyyətdəki bütün təbəqələrin maraqlarından çıxış edir. Biz bu telekanala daha böyuk uğurlar arzulayırıq”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO