Çörək pulu

Verilişdə bir qızın həyat hekayəsindən danışılırdı. Tez-tez işini itirdiyindən, məcburən əxlaqsız yola düşməyinə haqq qazandırmaga çalışırdı bu qız. Sir-sifəti tanış gəldiyindən qızın danışığına diqqətlə qulaq verdim…

Qonşu kənddə yaşayırmış. Müharibədən əvvəl məktəbdə dərs demişdim ona. Bildiyim qədər bu qız yağ icində böyrək kimi böyümüşdü. Atasının pulunu balta kəsmirdi o vaxtlar. Kolxozda samballı vəzifədə çalışırdı. Ailənin böyük qızıydı…

Bu gün isə səsi pəsdən gəlirdi. Həyat bu qızı çox ağır sınağa çəkmiş və imtahandan keçə bilməmişdi…

Həmin gün yata bilmədim. Axı nətər ola bilərdi ki, kənddə, sadə bir ailədə böyüyəsən, sonda qədim bir peşənin daşıyıcısına çevriləsən…

Axsaq Vəliş kəndə 50-ci illərdə gəlmişdi. O vaxtlar kiçik kəndlər daha böyük kəndlərə birləşdirildiyindən onunda yaşadığı kəndi köçürmüşdülər. Uşaq vaxtı at arabasından yıxıldığından sağ ayağı əyri bitmişdi. Ona görə axsayırdı. Bu səbəbdən də ona axsaq Vəliş deyərdilər…

Ailənin ilki dünyaya gələndə Vəliş kişinin sevincinin həddi hüdudu yox idi. Necə olmasa böyüyəcək və ona kömək edəcəkdi. On uşaq olsalar da hamının gözü ondaydı. Qaratel arvad hər axşam kişinin başını deşirdi ki, bəs gamışı sataq uşagı bir məktəbə düzəldək. Beləcə böyük oğlunun ilk uguru gamışı satmaqla başladı. Dörd il oxuyub əsgərliyə getdi və qayıdanda artıq yetişmiş, boylu buxunlu gənc kimi işə qatlaşdı. Kolxoza işə girdi. Yenidən bir necə mal qaranı satıb, illik pambıq pulu ilə üstünü düzəldib Vəliş kişi oglu Şəmili vəzifəyə qoydura bildi. Sədrin qardaşı ilə bir sinifdə oxuması da Şəmilin işinə yaradı…

Aliə birdən birə pul görməyə başladı. Özüdə daha çox pul. Artıq Şəmil pula pul demirdi. Xarakteri dəyişirdi. Qonşularına əl açıb pul istəyən ailə indi özü borc verirdi. Maşın aldı. Sovetin vurhavur vaxtında hər il maşınını dəyişirdi. Amma nə rəngi, nə də nomrəsi dəyişmirdi. Hamı elə bilirdi ki, maşını yığdırıb…

Beləcə illər ötür və Şəmil koperativ oyununa girir. Kənddə ilk koopertiv açır. Çörəkdən çörək pulu qazanmaga başlayır. Hamının ağır günün də isə insafsızcasına çörək qazanır…

Çörəkdən çörək pulunu isə yalnız halallıqla qazanmaq olar. Şəmil isə fikirləşirdi ki, pul həmişə olacaq…

Belə olmadı. Həyat yoldaşı cavan ikən dünyasını dəyişdi. Az müddətdən sonra isə özü ağır xəstəlikdən haqq dünyasına qovuşdu. Ailə başsız qaldı…

Birdəki pulun varsa arı pətəyi kimi hamı üstünə qonacaq. Olmayanda isə əksinə tək qalırsan. Bu da həyatın yazılmamış qanunlarındandır…

Savadsız və başsız qalan uşaqlar ata yurdunu tərk edib çörək pulu dalınca gedəsi oldular…

Haram pulnan tikilən çörək sexinin yerində indi başqa bir adam çörək pulu qazanır…

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO