CNN telekanalının məşhur jurnalisti Azərbaycan haqqında veriliş hazırlayır

“Uzun müddət idi ki, bu cür möhtəşəm şəhərdə olmamışdım”.
CNN telekanalının məşhur aparıcısı xanım Beki Anderson Azərbaycanla bağlı veriliş hazırlamaq üçün ölkəmizdə səfərdədir. AzərTAc xəbər verir ki, Bakıya vurğunluğunu gizlədə bilməyən tanınmış teleaparıcı paytaxtımızı Avropanın ən gözəl şəhərlərinə bənzədib.

“Azərbaycana səfərim mənə olduqca xoş təəssüratlar bağışlayıb. Bakı sanki sehrli bir aləmdir. Avropa şəhərinə bənzəyir. Şəhərlə tanış olduqda milli sərvətlərinizi, neft sənayenizi əks etdirən simvollara, rəmzlərə rast gəldik. Bunlar çox heyrətamizdir. Uzun müddət idi ki, bu cür möhtəşəm şəhərdə olmamışdım”, – deyə B.Anderson vurğulayıb.

Azərbaycanda rastlaşdığı qonaqpərvərlikdən ağız dolusu danışan teleaparıcı Bakı və London arasında müqayisə də aparıb: “Bura gəlməzdən əvvəl ölkənizin nəhəng neft sənayesinə malik olması və Bakının böyük İpək yolunun mərkəzində yerləşməsi barədə məlumatım var idi. Lakin Bakının necə bir şəhər olması və qonaqpərvərliyinizlə bağlı bir o qədər də məlumatlı deyildim. Burada insanlar Londondan fərqli olaraq, daha qonaqpərvərdirlər. Hər kəs bir-biri ilə salamlaşır, bir-birinin əhval-ruhiyyəsi ilə maraqlanır. Bu, çox gözəldir”.

Qeyd edək ki, B.Anderson CNN telekanalında yayımlanan “Gateway” adlı silsilə verilişlərdə Azərbaycanın neft sənayesi, xalçaçılıq və İpək yolu haqqında süjetlər hazırlayacaq.

Milli.Az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO