Cəfər Cabbarlı adına mükafatın təqdimatı olacaq

Aprelin 16-da Rəşid Behbudov adına Mahnı Teatrında 10 il bundan öncə təsis edilən Cəfər Cabbarlı adına mükafatın təqdimat mərasimi reallaşacaq. Bu barədə C. Cabbarlının ev muzeyinin baş elmi işçisi, dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı məlumat verib.
Həmin gün mükafat qaliblərinin adları açıqlanacaq və onlar fəxri diplomlarla təltif olunacaqlar. Qaliblər kino xadimi, rejissor, aktyor işi, bəstəkar, publisist və digər nominasiyalar üzrə müəyyənləşib. Tədbirdə dramaturqun yaradıcılığına da nəzər salınacaq, şeirləri, əsərlərindən parçalar ifa olunacaq.
Məlumat üçün bildirək ki, mükafat Cəfər Cabbarlı adına Mədəniyyət, Elm və Təhsilin İnkişafına Yardım İctimai Birliyi və Cəfər Cabbarlının ev-muzeyi tərəfindən təsis olunub.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO