Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunacaq

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin 75 illik yubileyi qeyd olunacaqBu həftə Muzey Mərkəzində Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin yaradılmasının 75 illiyinə həsr edilən təntənəli mərasim keçiriləcək.

Muzeydən SİA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə keçiriləcək tədbirdə Teatr Muzeyinin yaranma tarixinə və fəaliyyətinə həsr olunan saytın ilkin variantının və kitabın təqdimatı da olacaq.

Tədbirdə müxtəlif çıxışlar, teatr kollektivlərinin təbrikləri eşidiləcək, həmçinin musiqi nömrələri səslənəcək

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO