Ceyms Uorlik: “Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi məlum deyil “

“Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq vaxtı hələlik məlum deyil. Biz hər iki ölkənin paytaxtına səfər edəcəyik və bu bizim müzakirə edəcəyimiz məsələlərdən biridir”.

APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu Ermənistanda səfərdə olan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
 
C. Uorlik bildirib ki, Ermənistanın xarici işlər naziri və prezidenti ilə danışıqlar aparacaq: “Biz danışıqlar prosesində növbəti addımları müzakirə edəcəyik. Hər iki prezident dialoqun intensizləşməsinə dair niyyətini ifadə edib və həmsədrlər onlara müzakirələri asanlaşdırmaqda kömək edəcək”.
 
Qeyd edək ki, C. Uorlik Ermənistana iyunun 9-da səfər edib.

Apa.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO