“Can Azərbaycan televiziyası ” fəaliyyətə başlayır

Türkiyədə yaşayan azərbaycanlılar “Can Azərbaycan Televiziyası” adlı kanal yaradıblar.

Telekanalın verilişləri əvvəlcə yalnız internet, bu ilin sonunadək Türksat peyki vasitəsilə yayımlanacaq.

AzərTac xəbər verir ki, “CanAz” TV əsasən milli-mədəni dəyərlərə üstünlük verəcək.Yayımına fevralın 1-dən başlanacaq telekanalın fəaliyyətini www.canaz.tv internet saytından izləmək mümkündür.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO