C. Cabbarlıya həsr olunan tədbir olacaq

Noyabrın 10-da, Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə görkəmli dramaturq Cəfər Cabbarlının 110 illik yubileyinə həsr olunmuş tədbir reallaşacaq.Tədbirdə tanınmış incəsənət və mədəniyyət xadimləri iştirak edəcək. Tədbirdən öncə C. Cabbarlının həyat və yaradıcılığını əks etdirən geniş sərginin nümayişi olacaq.
Rəsmi hissədən sonra isə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən kitabxanalarda ən fəal oxucuların müəyyən olunması məqsədilə keçirilən ” Kitabla dost ol ən fəal oxucu ol” müsabiqəsinin qalibi Nizami rayon 12 saylı orta məktəbin 7B sinif şagirdi Elnur Əliyevin ifasında “Solğun çiçəklər” pyesindən Əbdülün monoloqu səslənəcək. Daha sonra Bakı şəhər Uşaq Teatrının Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunmuş “Məni xatırlayacaqlar” tamaşası göstəriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO