Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən verilən xəbərə görə, paytaxtda fəaliyyət göstərən 84 kitabxananın yenidən formalaşdırılması istiqamətində bir sıra tədbirlərin reallaşdırılması nəzərdə tutulur.
Bununla bağlı qurum tərəfindən hazırlanan təkliflər yaxın günlərdə Mədəniyyət və Turizm Nazirliyinə təqdim ediləcək. Təkliflərdə bəzi kitabxanaların ad məsələsinə yenidən baxılması da öz əksini tapıb.