Bəxtiyar Vahabzadənin “Gülüstan ” poeması qırğız dilində

Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması qırğız dilindəBişkekdə fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi və dəstəyi ilə böyük Azərbaycan şairi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması qırğız və Azərbaycan dillərində ayrıca kitab şəklində işıq üzü görüb.
Poemanı Azərbaycan dilindən gənc şair Altınbek İsmailov tərcümə edib. Mütəxəssislərin ilkin rəyinə görə, son vaxtlar Qırğızıstanda bu, ilk belə yüksək səviyyəli şeir tərcüməsidir. Kitabın baş məsləhətçisi Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nizami Cəfərov, məsləhətçiləri Əhməd Hüseynov, Qənirə Paşayeva, Nüsrət Məmmədov, Hikmət Məmmədov, Qafar Əliyev və Şakir Həsənovdur. Kitabın tərtibatçıları Novruz Məmmədov, Aqil Hacıyev və Nizami Cəfərov, redaktoru isə Qırğızıstanın Xalq Şairi, Qırğızıstanın Xalq Qəhrəmanı Sooronbay Cusuyev və Cumadin Kadırovdur. Kitab 1000 nüsxə tirajla nəşr edilib.
Məlumat üçün bildirək ki, bu yaxınlarda Bəxtiyar Vahabzadənin “Biz bir gəmidəyik” şeirlər kitabı qırğız dilində nəşr olunacaq. Şairin “Gülüstan” poeması həmin kitaba Azərbaycan, qırğız, rus və ingilis dillərində daxil edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO