Business FM radiostansiyasını metallurq Vladimir Lisin alacaq

Rusiyanın Novolipetsk metallurq kombinatının sahibi, Rusiyanın ən varlı adamlarından hesab olunan Vladimir Lisin özündə Business FM və BFM. Ru portalını birləşdirən “Obyedinennıye media ” holdinqini əldə etmək barədə razılığa gəlib. Bu barədə anonim mən bələrə istinadən “Kommersant” qəzeti yazıb. Qəzetin yazdığına görə, anlaşmanın məbləği 23,5 milyon dollar təşkil edib. “Obyedinennıye media”nın indiki sahibi biznesmen Arkadi Qaydamak hesab olunur.
Qeyd etmək yerinə düşər ki, ” Obyedinennıye media”nın sahibləri artıq holdinqi bir neçə dəfə bazara çıxarsalar da, onu satmağa nail ola bilməyiblər. Arada “Kommersant” şirkəti holdinqi almaq üçün danışıqlara başlasa da, onu anlaşmanın strukturu qane etməmişdi.
Bu ilin aprelində məlumat yayılmışdı ki, Qaydamak cari ilin iyun ayına qədər “Obyedinennıye media”nın 10 %-ni kompaniyanın top-menecerlərinə 1 dollardan satmaq qərarına gəlib. Bu anlaşma kompaniyanın işçiləri arasında ruh yüksəkliyinə səbəb olacaqdı.
Arkadi Qaydamak ” Obyedinennıye media”nın fəaliyyəti üçün 30 milyon dollar sərmayə qoymuşdu. 2008-ci ildə kompaniyanın qiyməti rəhbərlik tərəfindən 80-100 milyon dollarla qiymətləndirilmişdi. Son zamanlar baş verən maliyyə böhranı şəraitində reklamdan gələn gəlirlərin azalması səbəbindən ” Obyedinennıye media”nın qiyməti nəzərəçarpacaq dərəcədə aşağı düşüb.
Vladimir Lisin bir neçə mediaaktivə sahibdir. Məsələn, o, “Qazeta” qəzetinə, regionlarda fəaliyyət göstərən bir neçə radiostansiyaya sahiblik edir. Onun öz mediaaktivlərini ” Obyedinennıye media” ilə birləşdirməyi hələ məlum deyil.

www.lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO