Bu sözlər dilimizə daxil edilə bilər – SİYAHI

Azərbaycan dilinin orfoqrafiya lüğətinə yeni sözlərin daxil ediləcəyi gözlənilir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik
İnstitutunun Tətbiqi dilçilik şöbəsinin müdiri, Dövlət Dil
Komissiyasının üzvü İsmayıl Məmmədov Trend-ə bildirib ki, Azərbaycan
dilinin son orfoqrafiya lüğəti 2013-cü ildə nəşr edilib. Bu lüğətə 110
563 söz daxil edilib.

Hazırda yeni orfoqrafiya lüğətinin hazırlanması üçün işlərin
aparıldığını deyən İ.Məmmədovun sözlərinə görə, yeni lüğətdə leksik
vahidlərin sayının daha da artırılması nəzərdə tutulur.

Dilçi alim bildirib ki, onun özü tərəfindən indiyədək 1000-dən artıq
yeni söz toplanıb: “Əsasən, başqa dillərdən alınan bu sözlərin
İnstitutun Elmi Şurasında müzakirə edildikdən sonra yeni lüğətə daxil
edilərək çap edilməsi nəzərdə tutulur”.

İ.Məmmədov dilimizə daxil edilməsi gözlənilən yeni sözlərin
bəzilərini də açıqlayıb. Həmin sözlər geriçağırılma, akkreditiv, gərdək
qurma, audensiya, konfidant, kompromat, impiçment, viaqra, siyasi radar,
siyasi landşaft, kortej, dinləmə, inauqurasiya, federis, kambio,
kambist, kamerger, təxmis, müsəbbi, şürud, təəssüfnamə, təkbeyt,
fəməl-yəməl, izoqlos, xoyratlar, kurfırst, sorfinq, sorfinqçi,
notifikasiya, nostrifikasiya, kvazidelikt, kvazizufurukt, rezervit,
rezervist, kannibal, kannibalizm, raskol, raskolçu, ratusia, reversiya,
revukasiya, reqressat, psixotrop, psixoaktiv, penologiya, mini-poema,
südücə, sağrı mərkəzi və s-dir.

İ.Məmmədov bildirib ki, yeni lüğətə coğrafi adların, o cümlədən
tarixi Azərbaycan ərazisindəki coğrafi adların da daxil edilməsi təklif
edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO