Bu gün TREND informasiya agentliyinin yaranmasından 19 il ötür

Bu gün TREND informasiya agentliyinin yaranmasından 19 il ötür.

SalamNews xəbər verir ki, agentlik 1995-ci ildə yaradılıb. Müstəqil informasiya agentliyi Cənubi Qafqazda və Xəzər regionunda, eləcə də Mərkəzi Asiyada aparıcı xəbər agentliklərindən biridir. Agentliyin bazası əsasında Ekspert Şurası yaradılıb. Şuranın tərkibinə region və Qərb ölkələrinin 40-a yaxın tanınmış müstəqil eksperti daxildir.

Bildirək ki, Agentlik 2010-cu ildə “Trend” Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib. 2006-2007-ci illərdə Azərbaycanda “KİV sahəsində ən yaxşı şirkət” seçilib. Avrasiya Televiziya və Radio Akademiyası 2008-ci ildə “Trend”i RİA Novosti agentliyi ilə birlikdə “Avrasiyada daha dinamik inkişaf edən resurs” hesab edib.

SalamNews informasiya agentliyi həmkarlarını təbrik edir.

– See more at: http://salamnews.org/az/news/read/140913#sthash.wQSR7wIS.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO