«Breyn Rinq» intellektual verilişin ilk buraxılışı efirə çıxacaq

AzTV kanalında «Breyn Rinq» verilişinin ilk buraxılışı bazar günü vefirə çıxacaq.

SalamNews xəbər verir ki, veriliş saat 21:30-da başlanacaq. Bütün sonrakı oyunlar da bazar günləri, eyni vaxtda yayımlanacaq. Verilişin çəkilişi Rusiyanın “İqra-TV” teleşirkətinin lisenziyası əsasında aparılır. Burada Azərbaycanın 12 regionundan 23 komanda iştirak edir. Komandalar 14 həftə ərzində Azərbaycan İntellektual Klublar Assosiasiyasının Kuboku uğrunda mübarizə aparacaqlar. Qalib iyulun 7-də efriə çıxacaq final oyununda müəyyənləşəcək. Final oyununda aprel, may və iyun aylarının çempionları iştirak edəcək. Hər veriliş iki seçim və iki final oyunundan ibarətdir. Bütün oyunlar beşinci xaladək aparılır. Verilişin təkrarı cümə günü – aprelin 12-də, saat 19.30-da efirə çıxacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO