Bölgələrdə kitabxana sistemlərinin direktorları üçün təlimlər keçiriləcək

Bölgələrdə kitabxana sistemlərinin direktorları üçün təlimlər keçiriləcəkMədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər təşkil edilir və onların kompüter bilikləri təkmilləşdirilir. Təlimlər respublikanın 3 regionu üzrə – Sumqayıt, Lənkəran və Gəncə şəhərlərində keçirilir. Artıq 5-9 oktyabr tarixlərində Sumqayıt şəhər İnformasiya Texnologiyaları Akademiyasında respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin mütəxəssisləri tərəfindən respublikanın 20 şəhər (rayon) mərkəzləşdirilmiş kitabxana sistemlərinin direktorları üçün təlimlər keçirilib. Təlimləri uğurla başa çatdıran kitabxana rəhbərlərinə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin sertifikatları verilib. Təlimlərdə kitabxana rəhbərləri kitabxanalarda tətbiq olunan informasiya texnologiyalarından və İnternet xidmətlərindən səmərəli istifadə, kitabxana resurslarının yaradılması, genişləndirilməsi və dünya informasiya məkanına çıxarılması və digər mövzularda öz biliklərini təkmilləşdiriblər. Təlimlər 12-16 oktyabr tarixlərində Lənkəran, 26-30 oktyabr tarixlərində Gəncə şəhərlərində davam etdiriləcək.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO