Biznes jurnalistikasında dair master-kurs keçirilib

“Azercell Telekom” MMC-nin mətbuat xidmətindən “Media forum” saytına verilən məlumata görə, media nümayəndələrinin bilik və bacarıqlarını artırmaq məqsədilə “Biznes xəbərlərin yazılması və redaktəsi” mövzusunda master-kurs keçirilib. Avropanın bir neçə ölkəsində həm jurnalist, həm də kommunikasiya sahəsində müşavir və məsləhətçi kimi uzun illər çalışan ekspert Aleksandr Straunikin apardığı kurs zamanı xəbər başlıqlarının uğurlu seçilməsi, faktın şərhdən ayrılması, faktın yoxlanması ilə əlaqədar zəruri məsləhətlər verilib.

İnternetdən istifadə etməklə aparılan tədqiqatlar barədə də bilgi kurs iştrakçılarının diqqətinə çatdırılıb.

Kursda biznesdən yazan jurnalistlər üçün praktik məşğələlər, interaktiv oyunlar təşkil olunub. Kursun sonunda iştirakçılara sertifikat və “Azercell”in hədiyyələri təqdim olunub.

«Media forum»

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO