Birinci xanım Mehriban Əliyeva Bakıda “Sülh ağacı”nın açılış mərasimində iştirak edib

Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı”nın açılış mərasimi olub.
 
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova mərasimdə iştirak ediblər.
 
Birinci xanım Mehriban Əliyeva “Sülh ağacı”nın rəmzi açılışını bildirən lenti kəsdi.
 
Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və “Sülh ağacı”nın müəllifi, UNESCO-nun dünya rəssamı Xedva Ser mərasimdə çıxış etdilər.
 
Sonda xatirə şəkli çəkdirildi.
 
Trend.az

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO