Bir tabu, iki tabu. Xolokostu inkar edən şəxsin mühakiməsi Avropada söz azadlığının mühdudluğunu üzə çıxardı

Sonrakı illər İrvinq bir neçə kitab, o cümlədən Qebbelsin tərcümeyi-halı və Nyürnberq prosesi haqqında kitab dərc etdirir. Alimlərin çoxsaylı tənqidlərinə baxmayaraq, bu nəşrlər səs-küylü mübahisələrə səbəb olmadan müxtəlif ölkələrdə uğurla satılırdı. 1977-ci ildə «Hitlerin müharibəsi» adlı işıq üzü görmüş kitabında, İrvinq sübüt etməyə çalışır ki, fürer yəhudilərin kütləvi qırğın proqramı haqqında xəbərsiz olub və Xolokosta görə məsuliyyət Hitler və onun müavini Qeydrixin üzərindədir. 1970-ci illərin sonlarından İrvinqin nüfüzü daha qalmaqallı olmağa başlayır.
O, nasist düşərgələrində heç vaxt qaz kameralarının olmadığını yazaraq, Xolokost illərində altı milyon yəhudinin öldürülməsi haqqında hər kəs tərəfindən qəbul olunmuş fikri şübhə altına qoyur. Anna Frankın gündəliyini saxta sənəd adlandıran tarixçi, yəhudilərin sistematik qırğın faktını açıqcasına danır və yalnız nasistlərin ayrı-ayrı vəhşilik faktlarını etiraf edir.
İrvinq düşərgələrin mövcudluğunu təsdiqləsə də, məhbusların həlak olmasının əsas səbəbi kimi yatalaq epidemiyasını göstərir. Onun sözlərinə görə, Polşa ərazisindəki qaz kameraları müharibədən sonra keçmiş məhbusların «xəyallarına» müvafiq olaraq tikilib. Bu cür fikirlər ona gətirib çıxarır ki, bir sıra dövlətlər İrvinqə ərazilərinə daxil olmağı qadağan edir. Almaniya və Avstriyada isə onun həbsinə orderlər verilir.
2000-ci ildə amerikalı Debora Lipstadt və Penguin Books nəşriyyatına qarşı İrvinqin iddiası əsasında məhkəmə prosesi keçirilir. Böhtan xarakterli ittihamlara, Lipstadın İrvinqi Xolokostu danan şəxs adlandırdığı və tarixi faktları saxtalaşdırdığı haqda yazdığı kitab səbəb olmuşdu.
2005-ci ilin noyabrında İrvinqi Avstriyada həbs edirlər. Avstriya qanunvericilinə görə, «bəşəriyyətə qarşı nasist soyqırımına bəraət verən, onların cinayətlərini təqdir edən, yaxud həcmini azaldan» şəxslərə qarşı cinayət məsuliyyəti nəzərdə tutulur.
Məhkəmə zamanı İrvinq gunahını boynuna alaraq, 1989-cu ildə Avstriyanın onun həbsi üçün order verdiyindən sonra mövqeyinin xeyli dəyişdiyini bəyan etmişdi. İrvinqin sözlərinə görə, o, yəhudilərin kütləvi qırğın faktına münasibətini 1991-ci ildə «Xolokostun memarı» Adolf Eyxmanın sənədləri ilə tanış olduqdan sonra dəyişib. Müttəhim: «Nasistlər həqiqətən də milyonlarla yəhudini qətlə yetirmişlər», – deyə etiraf etmişdi.
Bu arada, bir çox Avropa qəzetləri İrvinqin işi ilə bağlı senzura mövzusunu qaldırır və ona bəraət vermədən yalnız çıxarılacaq hökmə dair ciddi narahatlıqlarını bildirir. Britaniyanın «İndependent» qəzeti «demokratik cəmiyyətdə söz azadlığı prinsipinə əməl olunmasına» görə üç il azadlıqdan məhrumetmə qərarını çox sərt cəza kimi qiymətləndirir. Times hesab edir ki, «söz azadlığının məhdudlaşdırılması təəsüf doğurur». İspaniyanın El Mundo qəzeti isə məntiqlə qeyd edir ki, çıxarılan hökm bir daha qərb ölkələrində ikili standartların mövcudluğundan xəbər verir.
Bu məsələnin Məhəmməd Peyğəmbərin karikaturalarının dərci ilə bağlı son hadisələrə oxşarlığı çoxdur: İrvinq qərb, Danimarka karikaturaçıları isə və müsəlman dünyasının əsas dəyərlərinə toxunublar. Lakin Avstriyada keçirilmiş məhkəmə prosesi bir daha bu dəyərlərin eyni müstəvidə qəbul edilmədiyini göstərir.

Dmitri Tomilov

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO