«Bi-Bi-Ci» radiostansiyasının başçısı aparıcılarının ədəbsiz davranışı üzündən istefa edib

Xatırladaq ki, qalmaqala Radio 2 kimi Bi-Bi-Ci radiostansiyalarının birində oktyabrın 18-də yayımlanan veriliş səbəb olmuşdur. Şounun aparıcısı Rassel Brandin, qonağı di-cey Conatan Ross aktyorun telefonuna, 23 yaşlı qızı Corciniya Beyli ilə yaxın əlaqədə olduğunu bildirən sms göndərməklə Saksı və yaxınlarını təhqir etmişlər.

Efirdə aparıcıların bu cür davranışı geniş ictimai rezonansa səbəb olmuş, qalmaqala hətta baş nazir Qordon Braun da reaksiya vermiş və onların davranışını ədəbsiz və yolverilməz adlandırmışdır. Saksın özü baş vermiş hadisədən qəzəblənmiş, qızı isə Ross və Brendin işdən qovulmasını tələb etmişdir. Agentlik qeyd edir ki, bu arada korporasiyanın rəhbərliyi Rossu üç ay müddətinə efirdən kənarlaşdırıb. Lakin Ross artıq radiostansiyadan getdiyini bildirib, Brand isə rəsmi şəkildə aktyordan üzr istəməklə kifayətlənib.

Mənbə: lenta.ru

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO