BDU-da Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan milli mətbuatının banisi, görkəmli publisist, pedaqoq, təbiətşünas alim Həsən bəy Zərdabinin 170 illik yubileyinə həsr edilmiş tədbir və “Universitetin dostu” mükafatının təqdimatı olub.

SalamNews-un verdiyi xəbərə görə, professor və müəllim heyətinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbirdə BDU-nun rektoru Abel Məhərrəmov milli mətbuatın inkişaf tarixçəsindən danışıb və Prezident İlham Əliyevin “Həsən bəy Zərdabinin 170 illik yubileyinin keçirilməsi haqqında” sərəncamını xatırladıb.

Digər çıxış edənlər də H. B. Zərdabinin milli mətbuatımızın yaranmasındakı müstəsna xidmətlərindən bəhs ediblər.

Tədbirdə bir qrup jurnalistə “Universitetin dostu” mükafatı təqdim edilib.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO