“Əbədiyyət dastanı ” əsərinin audiodiski hazırlanıb

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirilən “Ədəbi nümunələr” adlı layihə çərçivəsində xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasının audiodiski işıq üzü görüb. “Ulus” film prodüser mərkəzinin direktoru Gəray Əlibəyov bildirib ki, CD-nin hazırlanması işinə rejissorlar, dizaynerlər dəvət olunub: “Poemanı peşəkar qiraətçilərin ifasında səsləndirmək üçün aktyorlar dəvət etmək istədik, ancaq sonra belə qərara gəlindi ki, əsər müəllifin öz dilindən səslənsə, daha təbii alınar”. Səkkiz fəsildən ibarət olan əsər Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin, Arif Məlikovun musiqilərinin fonunda səslənib, o cümlədən poemanın başlanğıcına Heydər Əliyevə aid kəlamlar, müxtəlif hissələrə dövlət himni, and içmə mərasimi daxil edilib. Poemaya rejissor Rövşən Almuradlı quruluş verib. Diskin təqdimat mərasimləri sentyabr ayının sonlarına kimi Gəncə və Sumqayıt şəhərlərində keçiriləcək. Sonuncu təqdimat mərasiminin isə gələn ayın əvvəlində Bakıda keçirilməsi nəzərdə tutulur.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO