“BakuBuild 2019” sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur

Bakı Sərgi Mərkəzində açılan XXV Azərbaycan Beynəlxalq İnşaat (“BakuBuild 2019”) sərgisində AZƏRTAC öz stendi ilə təmsil olunur.

AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də AZƏRTAC-ın stendində agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş edilir. Ekspozisiyadakı nəşrlər, multimedia məhsulları sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.

Builki sərgidə 23 ölkədən 280 şirkət öz məhsullarını və qabaqcıl texnologiyalarını nümayiş etdirir.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO