Bakının ictimai nəqliyyatında gediş haqqı məsələsinə aydınlıq gətirildi

Bakının ictimai nəqliyyatında gediş haqqı artırılmayacaq. Trend-in məlumatına görə, bunu jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda keçirilən 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” və 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” sərgisinin açılışı zamanı bildirib.
Onun sözlərinə əsasən, tariflərin artırılması nazirliyin planlarına daxil deyil: “Nəzərə alsaq ki, gediş haqqı dövlət tərəfindən tənzimlənir, ictimai nəqliyyatda qiymət artımını gözləməyə dəyməz”.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO