Bakının bir sıra mərkəzi yollarında hərəkət tam məhdudlaşdırılacaq

İyunun 6-7-də Bakının bəzi mərkəzi prospekt və küçələrində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektinin Babək qovşağından Sabunçu qovşağınadək olan hissəsi iyunun 6-da günorta saat 16:00-dan növbəti gün, iyunun 7-də gecə saat 2:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Eyni zamanda, Mehdi Hüseyn küçəsinin Parlament prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsi iyunun 6-da axşam saat 16:00-dan növbəti gün gecə saat 02:00-dək ümumi nəqliyyatın hərəkətinə bağlı olacaq.
Hərəkətin məhdudlaşdırılması 12 iyunda başlayacaq Bakı-2015 Avropa Oyunlarından öncə həmin gün Olimpiya Stadionunda keçiriləcək sınaq tədbiri ilə əlaqədardır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO