Bakıdakı İngilis-dili müəllimlərinin səviyyəsindən narazılq var

300 müəllim təlimə cəlb olunacaq Təhsil Nazirliyi, “British Council”, Microsoft Korporasiyası “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” üzrə birgə layihə üçün əməkdaşlıq anlaşması imzalayıblar.

“British Council Azərbaycan”-nın Proqramlar üzrə meneceri Gülşən Hüseynova bildirib ki, layihə çərçivəsində seçiləcək 300-ə qədər ingilis dili müəlliminin pedaqoji bilikləri və təhsildə informasiya texnologiyalarından istifadə bacarıqları qiymətləndiriləcək, fərdi peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi imkanları təmin olunacaq, beynəlxalq sertifikasiya həyata keçiriləcək və müəllimlərin motivasiya strategiyasında layihənin fəaliyyət və mexanizmlərinin inteqrasiyası müzakirə ediləcək.

Təhsil Nazirliyi layihənin pilot tətbiqi mərhələsində strateji dəstək göstərəcək. Microsoft layihə iştirakçılarını Microsoft “Texnologiyalarla Tədris” məzmununu və qiymətləndirmə alətlərini, müəllim sertifikatlaşmasına dair müvafiq məlumatla təmin edəcək və müəllimlərin onlayn əməkdaşlığı üçün Office365 mühitinin yaradılmasına dəstək göstərəcək.
Müəllimlər təqdimat, layihə, eləcə də layihə planlarını təşkil edən şəxsi onlayn portfolio, qiymətləndirmə formaları, tədris vəsaitləri və təlimat prosesini dəstəkləyən didaktik materialların tərtibatını öyrənəcəklər.

Onlar ingilis dilinin tədrisi üzrə Cambridge ESOL-un beynəlxalq səviyyədə tanınan TKT imtahanına (Tədris Bilik və Bacarıqları üzrə İmtahan) qeydiyyatdan keçəcəklər. “İngilis dili Müəllimlərinin Peşəkarlıq Səviyyəsinin Təkmilləşdirilməsi və Sertifikasiyası” layihəsi bir illik layihədir (pilot layihənin aprel 2014-cü ildə yekunlaşması nəzərdə tutulub) və 2014-cü ilin yanvar ayından etibarən icra olunacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO