Bakıda jurnalistlər üçün “Online Media” təlimləri başlayıb

Jurnalistlər üçün “Online Media” təlimləri başlayıb.

SalamNews xəbər verir ki, 3 ay müddətində davam edəcək təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər və ekspertlər aparacaq. Təlimlərdə müxtəlif media orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisası üzrə təhsil alan tələbələr – gənc Jurnalistlər iştirak edirlər . Təlimləri uğurla başa vuranlara sonda sertifikatlar veriləcək. Təlimlər tam ödənişsizdir.

İştirakçılar proqramda praktik biliklərlə yanaşı, müsahibələr hazırlamaq və imzalarını tanıtmaq şansı da qazanacaqlar.

Qeyd edək ki, təlimlər “İRƏLİ” İB-in ofisində keçirilir.

 

– See more at: http://salamnews.org/az/news/read/158763#sthash.1pjAANBD.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO