Bakıda “aybkitab.az” saytının təqdimatı olub

Azərbaycan Yazıçılar Birliyində (AYB) “aybkitab.az” saytının təqdimatı olub.

SalamNews xəbər verir ki, layihəyə əsasən “aybkitab” loqosu altında kitabların nəşri, təqdimatı, imza günlərinin təşkili, internet vasitəsilə satışı, təbliği, bölgələrdə əsərləri nəşr edilmiş müəlliflərin oxucularla görüşləri realaşdırılacaq.

Oxucular üçün açıq olan “aybkitab.az” saytında “haqqımızda”, “xəbərlər”, “yazarlar”, “imza günü”, “layihələr”, “kitablar”, “müsabiqə”, “fərqli”, “foto”, “video”, “onlayn sifariş” və “klaqə” kimi bölmələr yaradılıb.

Bildirilib ki, keçiriləcək müsabiqələrdə ilk 20-liyə düşən müəlliflərin əsərləri çap ediləcək. “Vektor” nəşriyyatı, Yayım Assosiasiyası və Kitabevim.az şirkəti kitabların çapına və ölkə miqyasında yayımına yardımçı olacaqlar. Kitabların satışından əldə olunan vəsaitdən müəlliflərə qonorar ödəniləcək.

Yeni layihəyə əsasən “aybkitab.az” saytından başqa, “aybmedia” xəbər saytı, “ayb.tv” internet ədəbiyyat televiziyası, rusdilli yazarlar və oxucular üçün isə “aybru.az” saytı yaradılacaq.

– See more at: http://salamnews.org/az/news/read/142113#sthash.WkCSLTiQ.dpuf

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO