Bakıda “Avropa şəhərciyi ” açıldı

Bakıda "Avropa şəhərciyi" açıldıAvropa İttifaqı (Aİ) Bakının bütün sakinlərini bu gün paytaxtda açılan “Avropa şəhərciyi”nə dəvət edir. Trend-in məlumatına görə, 2015-ci il “Avropa şəhərciyi” proqramında konsert şou-proqramları, xüsusilə uşaqlar üçün müxtəlif viktorinalar var.

Açılış mərasimində Aİ-nin bir sıra ölkələrinin səfirləri iştirak ediblər. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard açılış mərasimində bu tədbiri uğurlu keçirməkdə sadiqlik göstərən Aİ-nin hər bir iştirakçı ölkəsinə təşəkkür edib: “Aİ-nin iştirakçı ölkələrinin milli mətbəxlərinin təqdimatı builki tədbirin fəqləndirici xüsusiyyətidir”.

Onun sözlərinə görə, “Avropa şəhərciyi” Avropaya pəncərədir və qitə ölkələrinin zəngin və müxtəlif mədəniyyəti ilə tanış olmaq imkanıdır.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO