Bakıda AVCİYA koordinatorlarının toplantısı keçirilib

Bakıda AVCİYA koordinatorlarının toplantısı keçirilibAzərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bu il keçiriləcək parlament seçkilərinin ölkə üzrə müşahidəsini təşkil edəcək.

AVCİYA Seçki Qərargahının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bununla əlaqədar AVCİYA rayon koordinatorlarının toplantısı keçirilib.

Bakının “Ambasador” otelində keçirilən toplantıda AVCİYA-nın seçkilərlə bağlı gördüyü işlər barədə məlumat verilib. Bildirilib ki, AVCİYA seçkilərlə bağlı hazırladığı “Aralıq hesabat (1 may – 1 sentyabr 2015-ci il)” və digər sənədləri ictimaiyyətə təqdim edib. Oktyabrın sonlarında seçkilərlə bağlı yeni bir hesabat da ictimaiyyətə açıqlanacaq.

Görüşün sonunda tədbir iştirakçılarına görüləcək işlər barədə təlimatlar verilib və seçki qərargahı tərəfindən hazırlanmış “Müşahidəçilərin yaddaş kitabçası” paylanılıb.

AZƏRTAC

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO