Bakı-Tbilisi-Qars dəmiryol magistralında tunel açılıb

Bakı-Tbilisi-Qars dəmiryol magistralında Gürcüstan və Türkiyə sərhədi arasında yerləşən tunel açılıb.
Bu barədə çərşənbə axşamı Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov Bakıda 14-cü Beynəlxalq “Nəqliyyat, tranzit və logistika” və 5-ci Yubiley Xəzər Beynəlxalq “Yol infrastrukturu və ictimai nəqliyyat” sərgisinin açılışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, bu layihənin həyata keçirilməsi istiqamətində atılmış əhəmiyyətli addımdır, belə ki, tunelin inşası ən çətin sahə idi.
Tunelin uzunluğu 79 kilomert təşkil edir.
Bakı-Tbilisi-Qars dəmiryol xətti Gürcüstan-Azərbaycan-Türkiyə dövlətlərarası saziş əsasında inşa edilir. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən layihənin maliyyələşməsi ölkə başçısının 2007-ci il fevralın 21-də “”Bakı-Tbilisi-Qars” layihəsi ilə bağlı tədbirlərin həyata keçirilməsi” sərəncamına uyğun şəkildə yerinə yetirilir. Dövlət Neft Fondu Gürcüstan sahəsinin inşası üçün ümumi 775 milyon dollar məbləğində iki kredit ayırıb.
Layihə çərçivəsində dəmiryol magistralının 105 kilometrlik yeni qolu tikilir. Bundan başqa, Gürcüstanda Axalkalaki-Marabda-Tbilisi dəmiryolu bərpa edilir ki, bu da onun ötürücülük qabiliyyətini ildə 15 milyon ton yükə kimi artıracaq. Axalkalakidə Gürcüstanda mövcud olan dəmir yolunu Avropa qatarlarına uyğunlaşdırmaq üçün məntəqə inşa edilir.
Layihənin reallaşdırılmasının 2015-ci ildə başa çatacağı planlaşdırılır.
Dəhlizin ən yüksək ötürücülük qabiliyyəti ildə 17 milyon ton yük olacaq. İlkin mərhələdə bu göstərici bir milyon sərnişin və 6,5 milyon ton yük səviyyəsində olacaq.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: [email protected]

1905.az STUDIO