Bakı-2015: “Kiçik Venesiya “da gəzinti

“Kiçik Venesiya” şəhərciyi Bakıda Dənizkənarı Milli Parkın ən gözəl guşələrindən biridir. İtaliyanın Venesiya şəhərini xatırladan bu şəhərcik özünün füsunkar mənzərəsi ilə paytaxta xüsusi gözəllik verir.
“Kiçik Venesiya” şəhərciyi XX əsrin 60-cı illərində Bakı bulvarında salınıb. Şəhərcik bakılıların və paytaxtın qonaqlarının sevimli istirahət yerinə çevrilib.
“Kiçik Venesiya” şəhərciyi 2012-ci ildə əsaslı təmirdən sonra “ikinci nəfəs” qazanıb.
Təmir-bərpa işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılıb, kanalları genişləndirilib, əlavə körpülər və iki restoran tikilib. Şəhərciyə yeni qayıqlar gətirilib. Restoranların birində müştərilərə Avropa, digərində isə Şərq mətbəxi təklif edilir.
I Avropa Oyunları ilə əlaqədar Bakıya gələcək qonaqlar paytaxtın bu gözəl guşəsinə baş çəkə və füsunkar gözəlliyi ilə gələnləri heyran edən şəhərciklə tanış ola bilərlər.

Ünvan: Mirqasımov küç. 4/41 Bakı AZ1007, Azərbaycan

Tel / Fax : (+99412) 4410924

Tel: (+99412) 4378247

E-mail: office@azfreespeech.az

1905.az STUDIO